“Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir”. Bunu fransız tarixçi və politoloq Maksim Quen deyib.
“Laçın yolunda nəqliyyatın hərəkəti dayanmayıb. Yoxlama qanuni və Rusiya “sülhməramlıları”nın himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması kontekstində zəruridir”, – o, vurğulayıb. M.Quen əlavə edib ki, Ağdam–Xankəndi yolunu məhz separatçılar bağlayıblar.
Onun sözlərinə görə, belə qərəzli bəyanatları, təəssüf ki, təkcə Fransanın deyil, həm də çox vaxt Aİ-nin yüksək səviyyəli nümayəndələri verirlər: “Aİ və Fransa qorxur ki, Nikol Paşinyan ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Köçəryan və ya onun kimiləri əvəz edə bilər".
“Xalq qəzeti”


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    