Politoloq Martirosyan: Azərbaycan güclü və sabit dövlətdir

post-img

Azərbaycan sabit, güclü dövlətçilik təfəkkürünü mənimsəmiş dövlətdir və heç nə onu hədəflərindən, orbitindən yayındıra bilməz.

Caliber.Az xəbər verir ki, bu barədə erməni politoloq Hayk Martirosyan “Facebook” səhifəsində qanunsuz xunta liderlərindən biri David Babayanın Azərbaycan hakimiyyətinə təslim olmaq barədə bəyanatını şərh edərkən yazıb.

“Qatil Rusiya hökumətinin və Ermənistanın dağıdıcı xədim xidmətçisi olan bu satqın Bakıya təslim olub və ya təslim olmaq üzrədir. O, öz səhifəsində bunu həmvətənlərini xilas etmək naminə fədakarlıq kimi təqdim edib. Azərbaycan kiminsə təslim olub-olmamasından asılı olmayarq, sabit, güclü dövlətçilik təfəkkürünü mənimsəymiş dövlətdir və onu heç nə məqsədlərindən, orbitindən yayındıra bilməz. Hətta iş üsullarından və simvolik yanaşmalardan da”, – politoloq yazır.

 

Rizvan FIKRƏTOĞLU

XQ

Siyasət