Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək

post-img

Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rəşad Mahmudov və Göydəniz Qəhrəmanov daxildirlər.

Forumda “Xalqlar arasında dostluğun dərinləşdirilməsi, davamlı inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq.

Səfər iyulun 7-də başa çatacaq.

Siyasət