UNICEF Ukraynada və Qəzzada daha çox lazımdır

post-img

Azərbaycanın bu qurumla yeni fazada əməkdaşlığı dövrün tələbidir

Xəbər verildiyi kimi, BMT-nin ixtisaslaşmış qurumu UNICEF 3 sentyabr 2025-ci il tarixindən etibarən mərhələli şəkildə Azərbaycandakı fəaliyyətini dayandıracaq. Bu məsələ hələ cari ilin martın 3-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun ölkədə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşündə müzakirə olunmuşdu. Nazir yüksək qonağın nəzərinə çatdırmışdı ki, BMT-nin bəzi qurumları ilə bundan sonrakı tərəfdaşlığı milli prioritetlərə uyğun şəkildə, layihə əsaslı əməkdaşlıq mexanizmləri vasitəsilə davam etdirmək daha məqsədəuyğundur. Həmçinin diqqətə çatdırılmışdı ki, bəzi BMT qurumları ilə gələcək əməkdaşlıq birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək. Daha sonra bu barədə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) mediaya verdiyi açlıqlamasında bildirdi.

Beləliklə, Azərbaycanın UNICEF-lə əməkdaşlığı yeni platformada davam etdiriləcək. Bildiyimiz kimi, UNICEF-in əsas missiyası uşaqların həyatını yaxşılaşdırmaq və onların hüquqlarını, o cümlədən təhsil, sağlamlıq, zorakılıqdan və istismarın digər formalarını təmin etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməkdir.

Hüquqi baxımdan UNICEF beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələri əsasında fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumu kimi dünyada hər bir uşağın müdafiəçisi olmaq kimi bir missiyanı yerinə yetirir. Müxtəlif ölkələrin qanunvericilik dəyişikliklərinin təşviqi, uşaqların həyatının yaxşılaşdırılmasına yönəlmiş proqramların dəstəklənməsi və diqqəti uşaq hüquqları ilə bağlı məsələlərə cəlb etmək kimi mexanizmləri işə salmaqla bu ölkələrin siyasətlərinə təsir etmək imkanı mövcuddur.

Onu da etiraf etmək lazımdır ki, son illər UNICEF uşaq hüquqlarına diqqəti siyasiləşmiş yanaşma ilə müşayiət olunur, xüsusilə böhran və münaqişə vəziyyətlərində təşkilatın fəaliyyətinin heç də həmişə uşaqların real ehtiyaclarına uyğun gəldiyini iddia etmək mümkün deyil.

UNICEF neytral olmağa çalışsa da, açıq-aşkar siyasi fəaliyyətlə məşğul olmasa da, BMT ilə sıx əlaqələri və siyasi müzakirə mövzusu ola biləcək uşaq hüquqlarına diqqət yetirdiyi üçün onun işinin bəzi aspektləri siyasiləşmiş kimi qəbul edilə bilər.

Məsələn, bəzən uşaqların fiziki təhlükəsizliyinin təmin edilməsi kimi daha vacib məsələlərdə təşkilat uşaq hüquqlarının siyasiləşdirilmiş aspektlərinə həddindən artıq diqqət yetirirdi. İndi bütün dünyanı narahat edən məsələ kimi UNICEF-in Qəzzada uşaqların həyatını yaxşılaşdırmaq üçün ciddi səy göstərməsi vacibdir. Fəqət, UNICEF və onun müdafiəçiləri təşkilatın diğər regionlarda fəaliyyəti ilə bağlı daha çox narahatdlrlar nəinki bu məsələ ilə.

Azərbaycanla ikitərəfli münasibət haqqında danışırıqsa, ölkəmiz BMT ilə əməkdaşlıq prioritetlərini yeni reallıqlar fonunda yenidən nəzərdən keçirir. Gələcək əməkdaşlıq prioritetlərini də burdan yola çıxaraq formalaşdırmaq planlaşdırır.

Yeni dünya düzəni və bu günün reallıqlarında isə UNICEF-in fəaliyyəti Ukranyada və Qəzzada daha səmərəli, həyati vacibdir, nəinki diğər regionlarda. Rəsmi Bakı məhz bu amilləri əsas götürərək UNICEF-lə əməkdaşlığını yeni platofrmada davam etdirməyə qərar verməkdə haqlıdır.

 

 

Siyasət