“Facebook”da dostluğumda olan Jalə Əhmədova adlı bir xanım paylaşımlarında, adətən, bir-birindən maraqlı fikirlər, mülahizə və düşüncələr səsləndirir. Bəzən isə elə təsirli foto və rəsmlər yerləşdirir ki, onlara baxanda istər-istəməz xəyala dalmalı olursan.
Dünən J.Əhmədovanın “Facebook”da yerləşdirdiyi bu fotoya xeyli baxdım. Bu gözəl mənzərə bu sözlərlə müşayiət olunurdu: “Çox təəssüf ki, ruhun dincəldiyi yer olduğu halda, zamanın dayandığı yer yoxdur”.
Zaman heç nəyə məhəl qoymadan su kimi axıb gedir. Bəlkə də, həyatın gözəlliyi ondadır ki, hələ heç vaxt, heç kəsə zamanı dayandırmaq nəsib olmayıb.
Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı misralarını xatırlamamaq olmur:
“Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?”
Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

