Sakit okeanın Kaliforniya sahillərində dənizin dibini araşdıran tədqiqatçılar qayalıqların arasında yuva salmış Osminoq sürüsü aşkar ediblər.
Məlum olub ki, onlar bir çox canlılar kimi yuvalarında yumurtalarını qoruyurlar. Osminoqların orada məskunlaşmasına səbəb dənizin dibindən çıxan isti sudur. Bu da onların yeni doğulacaq balalarını daha yaxşı qoruması üçün şərait yaradır.
Osminoq yumşaq bədənli, səkkiz-ayaqlı molyusk növüdür. Səkkizlər, kalamar, platypuslar, nautiloidlər və digər adları olan bu dəniz canlısının, təxminən, 300-ə qədər növü var. Osminoqun iki gözü və bir dimdiyi var. Ağzı qollarının ortasında yerləşir. Formasını çox tez dəyişə bilən yumşaq bədəni sayəsində kiçik dəliklərdən keçə bilir. Suda üzərkən qolları arxasına doğru çarpaz çəkildə uzanır. Səkkiz qol, mürəkkəb sinir sistemi və əla görmə qabiliyyətinə malik bu dəniz heyvanı onurğasızlar arasında ağıllı davranışları ilə fərqlənir.
Xatırladaq ki, osminoqlar okeanın müxtəlif yerlərində, o cümlədən mərcan riflərində yaşayır. Əksər növlər tez böyüyür, erkən yetişir və qısa ömürlüdür.
F. SALMANOVA, “Xalq qəzeti”

