Sumqayıt Tibb Mərkəzi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji aksiya keçirib. Məqsəd əhaliyə yerindəcə xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlayaraq həll olunmasına kömək etmək, profilaktik müalicə prosedurları həyata keçirməkdir.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 2 nömrəli şəhər xəstəxanasının oftalmoloqları və endokrinoloqu sakinləri müayinə ediblər. Gözlərində problem müşahidə olunan şəxslərə müvafiq müalicə yazılıb, əməliyyata ehtiyacı olanlar oftalmoloji tibb müəssisəsinə yönləndirilib.
Qeyd edək ki, aksiya zamanı 120-yə yaxın sakin müayinə edilib.
Qəzənfər QASIMOV
XQ