Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 16-da ümumi çəkisi 25,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,4 kiloqramdan artıq heroin, 20,6 kiloqrama yaxın marixuana, 1,8 kiloqramdan çox metamfetamin və tiryəkdən ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ