Sağlam mədə – düşmə dərdə

post-img

Mədə xorası üçün qızardılmış kartofla yanaşı, pomidor da təhlükəlidir. Bunu qastroenteroloq Rüstəm Sadıqov deyib və qızardılmış kartofdan daha təhlükəli 5 məhsulun da adını çəkib.

Həkim bildirib ki, mədəyə zərərli qidalar dedikdə, ilk ağıla gələn hamburger, kartof qızartması və soda olur. Əslində, selikli qişaya daha çox zərər verən başqa qidalar da var. Onun sözlərinə görə, təzə bişmiş məhsullar həddindən artıq fermentasiyaya səbəb olur ki, bu da şişkinlik və ağırlıq yaradır. Nəticədə, selikli qişa davamlı qıcıqlanır.

Həkim deyib ki, duz, konservantlar və kimyəvi əlavələr səbəbindən hisə verilmiş və konservləşdirilmiş qidaları yemək məsləhət deyil.

Hətta yüksək turşuluğu olan pomidorlar da mədə yanmasına və iltihaba səbəb ola bilər. Buraya sitrus meyvələri, ananas, zoğal, nar da daxildir. Ədviyyatlı və isti yeməklərə də diqqət edilməlidir. Sarımsaq, çili bibəri, isti xörək və bəzi ədviyyatlar mədə divarlarını qıcıqlandırır, qastrit və ya xoraya səbəb olur.

O, əlavə edib ki, alkoqol və qəhvə mədə şirəsini çoxaldır. Bu da mədədə yanma hissinə, ağrıya və selikli qişanın zədələnməsinə səbəb olur. Acqarına qəhvə içmək isə, ümumiyyətlə, olmaz.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat