Yardımlıda qanvermə aksiyası

post-img

Yardımlı rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiya Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Respublika Qan Bankı” publik hüquqi şəxsin təşəbbüsü ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Fidan SALMANOVA
XQ

Sosial həyat