Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İyunun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 4 qumbara, 18 tüfəng, 6 patron darağı və 293 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Keçirilən növbəti tədbirlər nəticəsində Nərimanov rayonu ərazisində 1 avtomat silahı və 30 patron da tapılaraq götürülüb.
Həmçinin 2 paytaxt sakini 1 avtomat silahı, 1 tapança və 5 patronu polisə könüllü təhvil verib.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ