Müxtəlif növ silahlar təhvil verilib

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

İyunun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 61 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Binəqədi və Nəsimi rayonlarında da silah-sursat aşkarlanıb. Növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan üç nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 9 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat