Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Fondun Aparat rəhbəri professor Fəxri Hacıyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) nəşrlər hədiyyə ediblər.
Hədiyyə olunan nəşrlər AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin göstərişi ilə MEK-in Diplomatik fondunda yaradılan “Türk Mədəniyyəti və İrsi Fondu” adlı guşəyə yerləşdirilib. Onların sırasında “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının tarixi inciləri”, “Türk ədəbiyyatının inciləri” və “Türk dünyasının elmi inciləri” adlı yeni kitab seriyaları yer alıb. Xüsusilə, “Divanü lüğat-it-türk”ün izahlı tərcüməsi sonuncu seriyanın ən qiymətli nümunələrindən biri kimi təqdim olunub.
Fondun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılan Fond Türk dünyasının zəngin mədəni irsinin qorunması və dünyaya tanıdılması istiqamətində fəal çalışır.
XQ