Hərbi hissədə mediatur keçirilib

post-img

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhəri günü ərəfəsində Azərbaycan Ordusunun Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrindən birində mediatur keçirilib. 

Mediatur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından maraqlanıblar.

Mətbuat nümayəndələri xidməti-inzibati otaqlara, əsgər yataqxanası, yeməkxana, ərzaq və əşya anbarlarına, eləcə də digər məişət obyektlərinə baş çəkərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. 

Hərbi qulluqçular onlarla aparılan müsahibələr zamanı azad olunmuş ərazilərdə xidmət etməkdən qürurlandıqlarını ifadə edərək keçirilən nəzəri və praktiki məşğələlər barədə məlumat verib, xidməti-döyüş fəaliyyətinin və qoşun xidmətinin təşkili barədə danışıblar.

Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial rifahı və xidmətdə qazandıqları uğurlara görə layiq görüldükləri təltiflərlə bağlı məmnunluq ifadə olunub. Əsgər, çavuş, gizir və zabitlər qalib Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Sonda media nümayəndələri döyüş hazırlığı üzrə nümunəvi məşğələni izləyiblər.





















Sosial həyat