Ermənistanın müdafiə nazirinin Suren Papikyanın müşaviri Arşak Orduxanyan cinayət təşkilatı yaratmaq və xüsusilə böyük miqyasda mənimsəmə ittihamı ilə həbs edilib. Bu barədə ArmLur.am xəbər verir. İşin təfərrüatları dəqiqləşdirilməyib.
“İstintaq Komitəsi bildirib ki, bu şəxs barəsində "cinayətkar təşkilat yaratmaq və ya idarə etmək” və “kompüter texnologiyalarından istifadə etməklə külli miqdarda oğurluq” maddələri ilə cinayət işi başlanıb. Məlumatı “Sputnik Ermənistan” agentliyi də təsdiqləyib.
Hakim “Mülki Müqavilə” partiyasının üzvü Arşak Orduxanyan 2021-ci ilin noyabrında müdafiə nazirinin müşaviri təyin edilib. 2022-ci ildən Müdafiə Nazirliyinə xidmət göstərən “Zinar” QSC-nin direktoru vəzifəsini icra edir. KİV-in məlumatına görə, o, saxta sənədlərdən istifadə etməklə qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı iş üzrə də təqsirləndirilən şəxsdir.
P.ƏMİRCANOV
XQ