"Enactus Azərbaycan" milli yarışının başlamasına sayılı günlər qaldı

post-img

Avqustun 12-dən 15-dək Gənclər və İdman Nazirliyi,  Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və "Enactus Azərbaycan"ın təşkilatçılığı  ilə Enactus Azərbaycan Milli Yarışı keçiriləcək.

2025-ci il Enactus Azərbaycan Milli Yarışının ilk günü – yarımfinal mərhələsi (12 avqust) onlayn formatda, final günü (15 avqust) isə Bakı Konqres Mərkəzində fiziki formatda keçiriləcək.

Yarışın yarımfinal mərhələsi 12 avqust, saat 10:30-da "Enactus Azərbaycan"ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

İdman