“Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyası Xəzərin Sumqayıt sahilində təşkil olunub. XQ xəbər verir kiEkologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələrinin, "Ecologistika"MMC-nin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Xəzərin Sumqayıt sahili 300 kiloqramdan artıq tullantıdan təmizlənib.
Hər həftə təşkil olunan təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, ictimaiyyəti ekoloji fəaliyyətlərə cəlb edərək onların ətraf mühitə olan münasibətini formalaşdırmaqdır.
Müşfiq MİRZƏ
XQ