"e-SIM"lə yeni rəqəmsal dövr

post-img

"Apple"in yeni "iPhone Air" modeli həm dizayn, həm də texnoloji baxımdan brend tarixində ən cəsarətli addımlardan biridir. Ən nazik və yüngül "iPhon" olan bu cihaz həm möhkəm, həm də zərifdir.

Modelin ən maraqlı xüsusiyyəti isə yalnız "e-SIM"lə işləməsi və bütün prosesin tam rəqəmsal həyata keçirilməsidir. Bu, istifadəçilərə daha rahat və fasiləsiz rabitə imkanı verir. "iPhone Air" 8 və daha çox "e-SIM" profilini yaddaşda saxlaya bilir. Eyni anda 2 aktiv nömrə istifadə etmək mümkündür. Cihaz itirilsə belə, nömrə və profil şifrə ilə qorunur və istənilən vaxt uzaqdan deaktiv edilə bilər.

Ölkəmizdə artıq mövcud mobil operatorlara müraciət etməklə fiziki "SIM"i "e-SIM"ə keçirmək çox asandır. Bunun üçün bir neçə sadə proseduru icra edərək, hətta onlayn keçidi dəqiqələr ərzində tamamlaya bilərsiniz.

Ü.Qarayev
XQ

Sosial həyat