Yanvar-sentyabr aylarında 370 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 9 ayında 371,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 137 min şəxs münasib işlərlə təmin olunub, 15,7 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-sentyabr aylarında 13,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 205 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Mustafa Kamal
XQ

Sosial həyat