"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.
XQ xəbər verir ki, paytaxt təmsilçisi I qrupda Polşanın "Trefl" klubu ilə üz-üzə gələcək.
Soport şəhərində yerləşən “Sopot Centennial” İdman Zalında keçiriləcək matça Bakı vaxtı ilə saat 21:15-də start veriləcək.
Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək.