Gəncədə Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarətə açılıb

post-img

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı, Türkiyənin Gəncədəki baş konsulluğu, Gəncə Şəhər İcra Hakimiyyəti, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibətilə Gəncədə Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarətə açılıb.

XQ xəbər verir ki, Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2020-ci il iyulun 2-dən fəaliyyətə başlayıb.

Qeyd edək ki, layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu mobil muzey - səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.





Sosial həyat