Ramana yeni yaşayış kompleksində tam təmirli, çıxarışlı mənzillər: 1 kv. metri 800 manatdan başlayır

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan, Bakının Ramana qəsəbəsində yeni yaşayış kompleksində yerləşən tam təmirli, istifadə edilməmiş, çıxarışlı mənzillərin qiyməti bazar dəyərindən daha ucuz olmaqla, 1 kv. metri 800 manatdan başlayır.  

https://www.youtube.com/watch?v=vdVWdh0REPg 

Hər biri 3 və 4 otaqlı olan bu mənzilləri banklara müraciət edərək ipoteka krediti ilə də almaq mümkündür. Mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. 

Bu portala daxil olaraq Nazirliyin satışa çıxardığı, Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərindəki mənzillərlə tanış olmaq və onları bron edərək almaq olar.

Onu da bildirək ki, bu mənzillərin satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

XQ

Sosial həyat