Kanadanın Monreal şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə Respublikasının Monrealdakı baş konsulu Zeki Öztürk də iştirak edib.
XQ xəbər verir ki, tədbirdə çıxış edənlər soydaşlarımıza bu əlamətdar günlər münasibətilə ən xoş arzularını çatdırıblar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın geniş şəkildə qeyd etdiyini söyləyiblər.
Baş konsul Zeki Öztürk Azərbaycan–Türkiyə qardaşlığına diqqət çəkərək, bu sarsılmaz birliyin ortaq tarixə, milli və mənəvi dəyərlərə əsaslandığını vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.


