Soydaşımız Kanadada cüdo üzrə qara kəmər qazanıb

post-img

Kanadanın Alberta əyalətində yaşayan azərbaycanlı gənc Emiliya Əliyeva cüdo üzrə qara kəmərin sahibi olub.

XQ xəbər verir ki, “Hiro’s Judo Club”u təmsil edən soydaşımız U-16 yaş qrupunda 70 kq çəki dərəcəsində mübarizə apararaq bu uğura imza atıb.

Gənc idmançının atası və məşqçisi Vəsfi Əliyev soydaşımızın nailiyyətləri barədə məlumat verib. Onun U-18 yaş qrupunda da yarışlara qatılaraq yüksək nəticələr əldə etdiyini vurğulayıb.

İdman