Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunurlar. 

Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bir neçə ildir ki, özünüməşğulluq proqramının icra edildiyini və 100 mindən çox insanın bu proqramla əhatə olunduğunu bildirib: “Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər”.

Özünüməşğulluq proqramına cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ildə 1172 nəfər təşkil edirdisə, sonrakı dövrdə bu göstərici 14,5-15 dəfəyədək artıb. Ötən il də daha 16827 şəxs bu proqrama cəlb edilib.

XQ

Sosial həyat