Bərdə Rayon Mərkəzi Xəstəxanasında müasir maqnit rezonans tomoqrafiya fəaliyyətə başlayıb

post-img

TƏBİB region xəstəxanalarında infrastrukturun yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və o cümlədən müasir kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiya (MRT) sahəsində yenilikləri davam etdirir.

Artıq Bərdə Rayon Mərkəzi Xəstəxanasında da maqnit rezonans tomoqrafiya (MRT) müayinəsinin həyata keçirilməsi mümkündür. Tibb müəssisəsində sahə üzrə zəruri müayinələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradılıb.

Məlumat üçün bildirək ki, əvvəllər rayon sakinləri analoji xidmətlər üçün ətraf rayon və şəhərlərə üz tuturdular. Artıq tibb müəssisəsində fəaliyyətə başlayan MRT müayinəsi xidmət çeşidliliyinin artırılması ilə yanaşı, əhalinin tibbi xidmətlərə əlçatanlığını da təmin etmiş olacaq.

Qeyd edək ki, qısa müddətdə tibb müəssisəsində KT müayinəsinin də fəaliyyətə başlaması nəzərdə tutulub.

XQ

Sosial həyat