Gəncədə Cavad xanın xatirəsi anılıb

post-img

Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.

XQ xəbər verir ki, mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Din xadimi tərəfindən xanın ruhuna dualar oxunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə Cavad xanın məzarı üstündə türbə inşa edilərək, onun xatirəsi əbədiləşdirilir.

222 il əvvəl — 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalasında şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən mexaniki olaraq həmin tarix qeyd edilib. Ancaq köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib ki, bu da 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.

Sosial həyat