2 fevral – Gənclər Günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşının iştirakı ilə Zəfər Muzeyinə ekskursiya təşkil edilib.
XQ xəbər verir ki, tədbir Dövlət Miqrasiya Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsi və DMX Həmkarlar İttifaqı Komitəsi tərəfindən birgə həyata keçirilib.
Ekskursiyanın keçirilməsində məqsəd Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbənin təbliği, milli-mənəvi dəyərlərin aşılanması, eləcə də əməkdaşlar arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olub.
Tədbir çərçivəsində iştirakçılar Zəfər Muzeyində nümayiş etdirilən eksponatlar, tarixi sənədlər və foto materiallar, həmçinin Vətən müharibəsinə həsr olunmuş ekspozisiyalarla yaxından tanış olaraq, müharibə dövründə baş verən hadisələr, Azərbaycan Ordusunun qəhrəmanlıq yolu və qazanılmış tarixi Qələbə barədə ətraflı məlumat əldə ediblər.

