Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edib

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Səbuhi HƏSƏNOV
XQ

 



















Sosial həyat