Görkəmli oftalmoloq - alimin xatirəsi anılıb

post-img

İnsan üçün dünyada göz nurundan qiymətli heç nə yoxdur, ilahinin bəxş etdiyi bu xöşbəxtlik ömürlərə işıq saçır, həyatın gözəlliklərini seyr etməyə imkan yaradır. Həyatını və elmi fəaliyyətini Azərbaycanda göz xəstəliklərinə qarşı mübarizəyə həsr etmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə  xanım Əliyeva qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə uca taxt qurmuş, tibb elmində əldə etdiyi nailiyyətlərlə ölkəsini dünyaya tanıtmışdır.                                                                    

İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.  Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.  Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətini başçısı Elçin  Rzayev bildirdi ki, Zərifə xanım Əliyeva respublikamızda tibb eliminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında,həmçinin, dünya miqyasında şöhrət qazanmışdır. Görkəmli  alimin elmi-pedoqoji  və ictimai fəaliyyəti yeni həkim nəslinin yetişməsinə və Azərbaycanda otalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Rayon rəhbəri qeyd etdi ki, Görkəmli alimin traxoma xəstəliyinin müalicəsi təklif etdiyi müalicə metodları respublikamızda  tətbiq edilib və ölkəmiz bu ağır xəstəlikdən xilas olub.  Zərifə Əziz qızı Əliyeva  eyni zamanda bəşər tarixinə bənzəri olmayan siyasi xadim olaraq daxil olmuş, əbədiyaşar  heydər  Əliyevin  ömür- gün yoldaşı kimi ona mənəvi dəstək olmuşdur. Azərbaycan xalqı da uzun illər bu mənəvi dəstəkdən bəhrələnib.                                  

Tədbirdə  çıxış edən YAP İmişli rayon  təşgilatının sədri Səfa  Ağayev,  İmişli Rayon Xəstəxanasının  Publik Hüquqi Şəxsin direktoru  Şahin  Qurbanov, Göz xəstəlikləri  həkimi  Niyaməddin  Abdullayev  çıxış edərək akademik Zərifə  xanım  Əliyevanın gənc  nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında,  həkim- oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadırların yetişdirilməsində olan xidmətlərindən danışdılar.              

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.

Ərəstun Abdulov
XQ



Sosial həyat