Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
XQ xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı deyib.
Anar Bağırov bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub:
"Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub".
Onun sözlərinə görə, bugünkü mərasimdə daha 64 namizəd təntənəli şəkildə and içərək Kollegiyanın sıralarına qəbul olunub:
"Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43 nəfəri kişi, 21 nəfəri qadındır. Onlardan 4 nəfəri regionlarda, 60 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir".
XQ

