Şagird formaları xüsusi ünvanlarda satılır

post-img

Ümumtəhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsini asanlaşdırmaq məqsədilə Bakı şəhərində 29 satış məntəqəsi fəaliyyət göstərir.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən XQ-yə verilən məlumata görə, alıcılar ən yaxında olan istənilən satış məntəqəsinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsində seçim sərbəstdir. Valideynlərin hansısa digər satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə məlumat verə bilərlər.

Xatırladaq ki, 2022-ci ildə ümumtəhsil müəssisəslərinin pedaqoji şuraları 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı qərar qəbul edib.

Ləman TƏHMƏZ
XQ

Təhsil