Mədəniyyət Nazirliyində musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.
Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi bu il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.
İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb, onun uğurla başa çatacağına əminliklərini bildiriblər.
XQ

