Kaliforniya Universitetinin alimləri kvant materiallarında neyronları və sinapsları təqlid edərək beyinə bənzəyən kompüter hazırlayıblar.
Ən son yaradılan bu texnologiya süni intellekt erasında inqilab edə biləcək ən səmərəli proqramla təmin edilib. Tədqiqatçılar araşdırmaya başlayarkən meqa quantum kompüterlərində hədsiz enerji israfının qarşısını almağa yönəlmiş ardıcıl təcrübələr həyata keçiriblər. Nəticədə, “quantum”a yararlı proqram hazırlaya biliblər. Süni intellekt üzrə texniki mühəndislər bu iş üçün insan beynindən də nümunə kimi istifadə ediblər.
Kaliforniya Universitetinin professoru Robert Dynes bildirib: “Əslində, bu yenilik heç də insanın beyin funksiyalarını olduğu kimi əvəz eləmir. Üzərində işlədiyimiz üsul daha çox hibrid halda insan və robot xüsusiyyətlərini özündə cəmləşdirən mexanizmdir”.
F. SALMANOVA, “Xalq qəzeti”

