Rubio Ukrayna üzrə danışıqlara Aİ ölkələrini də cəlb edir

post-img

Rusiyaya qarşı sanksiyaların ləğvi Avropa İttifaqına üzv ölkələrin Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakından asılıdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio aprelin 18-də Parisdə Fransa və Britaniya hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlardan sonra məlumat verib.

Məlumatı “İzvestiya.ru” yayıb. 

O, Rusiya Federasiyasına qarşı məhdudiyyətlərin əhəmiyyətli hissəsinin Avropa tərəfindən qəbul edildiyini xatırladıb və ABŞ tərəfinin bu məhdudiyyətləri aradan qaldıra bilməyəcəyinə aydınlıq gətirib.

“Buna görə də onlar (avropalılar – red.) müqavilənin bir hissəsi ola bilərlər. Nə olursa olsun, onlar iştirak etməlidirlər”, - Rubio YouTube-da yayımlanan mətbuat konfransında deyib.

ABŞ dövlət katibi əlavə edib ki, münaqişə Avropa qitəsinin ərazisində baş verdiyi üçün Avropa ölkələrinin nümayəndələri nizamlanmaya cəlb olunmaya bilməz.

P.ƏMİRCANOV

XQ

Dünya