İŞİD kimi, PKK terror təşkilatı da Suriyadakı varlığına son qoymalı olacaq. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib. Məlumatı “Anadolu” verib.
Türkiyə diplomatiyasının rəhbəri deyib: “Bu gün köhnə terror üsullarından istifadə edənlərin və bölgədəki hökumətlərin sistemdən çıxması üçün əlində silahla “problem” olmağa davam edə biləcəklərinə inananların vaxtıdır. PKK da İŞİD kimi Suriyada sistemi tərk edəcək”.
Fidan vurğulayıb ki, Ankara Suriyanın ərazi bütövlüyünə, suverenliyinə xələl gətirməyə yönəlmiş heç bir təşəbbüsü qəbul etmir, Türkiyə Suriyadakı mərkəzi hökumətdən kənarda olan qüvvələrə silah ötürülməsinə imkan yaradan hər hansı təşəbbüsü də rədd edəcək.
Suriya hökuməti SDF adından istifadə edən PKK/YPG terror təşkilatının “federasiya” yaratmaq tələbinə cavab verib: “Suriyanın ərazi bütövlüyü bizim üçün qırmızı xəttdir və hər hansı pozuntu və ondan yayınma Suriyanın vahidliyinə hücum hesab olunur”, - Dəməşq hökuməti bildirib.
Prezidentin Telegram kanalında yayımlanan bəyanatda hökumət terror təşkilatı PKK/YPG-nin tələbinə cavab verib. “Biz ölkəni parçalamaq və ya federasiya, yaxud muxtar administrasiya adlanan ayrı-ayrı strukturlar yaratmaq məqsədi daşıyan reallıq sırımaq cəhdini qeyd-şərtsiz rədd edirik”, - deyə sənəd vurğulanır.
P.ƏMİRCANOV
XQ