Böyük Britaniya 2030-2031-ci illərə qədər Ukraynanın müdafiəsinə ildə ən azı 3 milyard funt sterlinq ayırmaq öhdəliyini təsdiqləyib. Bu, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında Londonda keçirilən görüşdən sonra elan edilib.
Məlumatı “Euronews” verib.
Starmer ABŞ, İsrail və İran arasında davam edən müharibəyə baxmayaraq, Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayıb.
NATO-nun baş katibi Mark Rutte də Dauninq küçəsi, 10 ünvanında keçirilən danışıqlarda iştirak edib.
P.ƏMİRCANOV
XQ

