Türkiyə ilə İtaliya arasında ticarət, sənaye investisiyası, kosmos, mədəniyyət, idman, sosial xidmətlər, arxiv, nəqliyyat və müdafiə sənayesi sahələrində müqavilələr imzalanıb. Məlumatı “Anadolu” verib.
Prezident Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Giorgia Meloninin sədrliyi ilə keçirilən dördüncü Türkiyə-İtaliya hökumətlərarası zirvə toplantısından sonra ölkələr arasında bir sıra sazişlər imzalanıb.
Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına dair nazirlər səviyyəsində birgə bəyanatı Türkiyənin ticarət naziri Ömer Bolat və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirelli imzaladılar.
Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İtaliya Respublikasının Müəssisələri Nazirliyi arasında elm, texnologiya, innovasiya, sənaye və investisiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunu sənaye və texnologiya naziri Mehmet Fatih Kacir və müəssisələr naziri və Made in Italy şirkəti Adolfo Urso imzaladılar.
Nazirlər Kacir və Urso Türkiyə Kosmik Agentliyi ilə İtaliya Kosmik Agentliyi arasında dinc kosmos fəaliyyətlərində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Mədəniyyət Nazirliyi arasında mədəni sərvətlərin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair Anlaşma Memorandumu”nu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və İtaliyanın mədəniyyət naziri Alessandro Culia imzalayıblar.
Türkiyənin aparıcı pilotsuz təyyarə istehsalçısı “Baykar” ilə Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan İtaliyanın aerokosmik və müdafiə şirkəti “Leonardo” arasında ilkin protokolu “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar və “Leonardo” İdarə Heyətinin sədri Roberto Cingolani imzalayıblar.
P.ƏMİRCANOV
XQ