Şahbaz Şərif Ərdoğana təşəkkürünü bildirib

post-img

Pakistanın Baş naziri Şahbaz Şərif telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. Bu barədə baş nazirin X sosial şəbəkəsindəki nəşrində deyilir. Məlumatı “Anadolu” verib. 

Şərif Türkiyənin Pakistanla həmrəyliyinə görə minnətdarlığını bildirib və son münaqişədə həlak olan pakistanlılar üçün türk vətəndaşlarının dualarını yüksək qiymətləndirdiyini qeyd edib.

O, həmçinin Prezident Ərdoğana bölgədəki mövcud hərbi vəziyyət barədə məlumat verib.

“Pakistan Cənubi Asiyada gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır”, - bəyanatda deyilir.

Məlumata görə, tərəflər mayın 6-da telefon danışığı zamanı Hindistan və Pakistan arasındakı gərginliyi, həmin gecə baş verən hücumu və mövcud hadisələri müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin Pakistanın ölçülmüş və ölçülüb-biçilmiş mövqeyini dəstəklədiyini bir daha vurğuladı və Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırmaya çağırdı.

Türkiyə lideri əlavə edib ki, Ankara gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün lazımi səyləri göstərməyə hazırdır və bu məsələ ilə bağlı diplomatik təmasları davam etdirəcək.

P.ƏMİRCANOV
XQ

Dünya