Bu gün saat 13:00-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutacaq. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü Çırağan sarayında baş tutacaq.
Məlumatı “Anadolu” verib.
Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerovun başçılıq edəcəyini açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsini təklif etdiyini bildirib. Rusiya nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski başçılıq edəcək.
P.ƏMİRCANOV
XQ