Putin: Ukrayna bloklara qoşulmamalı və nüvəsiz statusa malik olmalıdı

post-img

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynanın nüvə silahı əldə etməsi ehtimalını istisna etmək lazımdır. Onun fikrincə, ölkə neytral, bloklara qoşulmayan və nüvəsiz statusa malik olmalıdır. Məlumatı  RİA Novosti verib. 

“Biz Ukrayna dövlətçiliyinin başladığı yerə qayıtmalıyıq,... müstəqillik bəyannaməsində yazılanlara – bitərəf, bloklara qoşulmamaq və nüvə olmayan statusa qayıtmalıyıq”, – Putin Sky News Arabia telekanalına müsahibəsində deyib.

Rusiya prezidenti bir gün əvvəl bəyan etmişdi ki, o, rusları və ukraynalıları bir xalq hesab edir. O, əmin edib ki, Rusiya Ukraynanın kapitulyasiyasına can atmır, lakin “yaranmış reallıqları tanımaqda israrlıdır”.

P.ƏMİRCANOV
XQ

Dünya