ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Minskə gəlib. O, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Söhbət Müstəqillik Sarayında iki ölkənin nümayəndə heyətləri üzvlərinin iştirakı ilə baş tutub. Məlumatı “Kommersant” verib.
BELTA dövlət xəbər agentliyi xəbər verir ki, görüşdə dünyadakı vəziyyət, regional problemlər və Belarus-Amerika münasibətləri müzakirə olunub. Lukaşenko bildirib: “Mən həqiqətən ümid edirəm ki, söhbətimiz çox səmimi və açıq olacaq. Əks halda, görüşün nə mənası var? Bir-birimizin qarşısında ağıllı və hiyləgər olsaq, nəticə əldə etməyəcəyik”.
Kelloq qonaqpərvərliyə görə təşəkkür edərək deyib ki, bizim dövrümüzdə dünyadakı böhranlar müdriklik və ədalət göstərilməsə, “kəskin şəkildə böyüyə bilər”.
Aleksandr Lukaşenko onu əmin edib ki, o, respublika ərazisində təhlükəsizlik olacaq və onların görüşü zamanı “təkcə Belarusda deyil, ətrafımızda da heç bir eskalasiya baş verməyəcək”.
“Reuters” yazıb ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi bu səfəri “Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarının başlanmasına kömək edə biləcək” addım kimi təqdim edib.
Qeyd edək ki, mart ayında cənab Lukaşenko Ukrayna ilə bağlı “razborkaya qarışmaq” və vasitəçi kimi çıxış etmək istəmədiyini söyləyib.
P.ƏMİRCANOV
XQ