Baas partiyasının 61 illik hakimiyyəti süquta uğradıqdan sonra Suriya Xalq Şurasını (ali qanunverici orqan) genişləndirmək qərarılna gəlib. Parlamentdə indi əvvəlki 150 yerinə 210 deputat olaması nəzərdə tutulur. Bura Suriyanın bütün 14 vilayətindən nümayəndələr daxil olacaq.
Məlumatı “Anadolu” verib.
Xalq Şurasının Seçki üzrə Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd SANA dövlət xəbər agentliyinə bildirib ki, yerlərin yenidən bölüşdürülməsi 2011-ci il siyahıyaalınması əsasında aparılacaq. Mühüm yenilik həm də şuranın 70 üzvünün birbaşa prezident tərəfindən təyin edilməsi olacaq.
Əl-Əhməd qarşıdan gələn seçkilərin ilkin təqvimini də təqdim edib. Prosesin tezliklə başlayacağı gözlənilir.
Müvəqqəti seçki sistemi haqqında fərman imzalandıqdan sonra bir həftə ərzində alt komitələr yaradılacaq. Bu alt komitələr də öz növbəsində 15 gün ərzində seçki komissiyası təşkil edəcəklər.
Namizədlərin irəli sürülməsi prosesi komitələr müəyyənləşdikdən dərhal sonra başlayacaq. Xalq Şurasına seçkilərin sentyabrın 15-dən 20-dək keçirilməsi planlaşdırılır. Əl-Əhməd seçki orqanlarında qadınların ən azı 20 faizinin iştirakını təmin etmək üçün səylərin göstərildiyini vurğulayıb.
P.ƏMİRCANOV
XQ