Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı şərtləri əsasən Kiyevin NATO-ya üzv olmaqdan imtinası və alyansın genişlənməsinə son qoyulmasından ibarətdir daxildir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 28-də “Fikirlər ərazisi” forumunda danışıb.
Məlumatı “İzvestiya.ru” yayıb.
“Biz qanuni tələbimizdə, yəni təhlükəsizliyimizi təmin etməkdə israrlıyıq: Ukraynanın NATO-ya qoşulmamalı, ümumiyyətlə, NATO-nun genişlənməsinə yol verilməməlidir. Və təbii ki, bizim Konstitusiyamızda təsbit olunmuş reallıqların tanınması da şərtdir”, - Lavrov deyib.
Onun sözlərinə görə, NATO bütün vədlərə və sənədlərə baxmayaraq, Rusiyanın sərhədlərinə qədər genişlənib.
Xarici işlər naziri Rusiyanın bütün Qərbə qarşı ilk dəfə təkbaşına mübarizə apardığına da diqqət çəkib. Həm Birinci Dünya Müharibəsində, həm də İkinci Dünya Müharibəsində Rusiyanın döyüş meydanında müttəfiqləri olub, indi isə yoxdur. Lavrov hesab edir ki, buna görə də Rusiya yalnız özünə güvənməli və “zəifliyə” yol verməməlidir.
P.ƏMİRCANOV
XQ