Suriyada Xalq Şurasına seçkilər keçirilib

post-img

Suriyada Xalq Şurasına seçkilərdə səsvermə prosesi başa çatıb. Məlumatı “Anadolu” verib. 

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Xalq Şurasının Ali Seçki Komissiyasının sözçüsü Nevar Nejmeh bütün əyalətlərdə səsvermənin başa çatdığını açıqlayıb: “Səslərin hesablanması davam edir və nəticələr Ali Seçki Komissiyası tərəfindən açıqlanacaq”.

Suriyanın Rakka, Suveyda və Həsəkə əyalətləri istisna olmaqla, 11 vilayətinin 50-də keçirilən Xalq Şurasına seçkilərdə ümumilikdə 1574 namizəd iştirak edib.

Ölkədə vətəndaş müharibəsinin yaratdığı dağıntılar, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması, ünvanların yoxa çıxması, əhalinin yarıdan çoxunun ölkə daxilində və hüdudlarından kənarda didərgin düşməsi səbəbindən Xalq Şurasına seçkilər birbaşa ümumxalq səsverməsi yolu ilə deyil, təmsilçilik prinsipi əsasında seçki komissiyası vasitəsilə keçirilir.

P.Əmircanov
XQ

Dünya