Qəzza planının yerinə yetirilməsinə dəstəyimizi bir daha bildirirəm. Ümid edirik ki, bu plan ikidövlətli həll üçün lazımi siyasi imkan yaradacaq. Bu, Fələstin və İsrail xalqlarının istəklərinin reallaşdırılması, münaqişə səhifəsini qapadılması və əmin-amanlıq üçün yeganə yoldur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyx Sammitində çıxışında bildirib.
Misir lideri ABŞ-a, Türkiyəyə və Qətərə səmimi səylərinə görə təşəkkür edib.