Liviya Baş Qərargah rəisi general-leytenant Məhəmməd Əli əl-Həddad, onun dörd yoldaşı və üç heyət üzvünü daşıyan şəxsi təyyarənin qəzaya uğradığı yerdə Ankarada intensiv axtarış-xilasetmə əməliyyatları davam edir. Səhər tezdən fəaliyyət daha da güclənib. Məlumatı “Anadolu” verib.
Əvvəlki axşam Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” təyyarəsi, elektrik sistemindəki nasazlıq səbəbindən “təcili yardım” və təcili eniş tələb edib. Təyyarə nəticədə Haymana rayonunun Kesikkavak kəndi yaxınlığındakı boş bir əraziyə düşüb.
Siqnal aldıqdan sonra təhlükəsizlik qüvvələri dərhal əraziyə axışıb və tezliklə təyyarənin qalıqlarını aşkar edilib. Axtarış-xilasetmə əməliyyatı güclü yağışa və qatı dumana baxmayaraq fasiləsiz davam edir.
Jandarm qüvvələri qəza yerini mühasirəyə alıb. Hadisə yerinə təcili yardım maşınları göndərilib. İş Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) tərəfindən yerləşdirilən mobil komandanlıq mərkəzindən koordinasiya olunur.
Ankara Baş Prokurorluğu tərəfindən istintaqın aparılması üçün təyin edilmiş dörd prokuror da işə qoşulub. Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın tezliklə qəza yerinə gələcəyi gözlənilir.
P.ƏMİRCANOV
XQ

