Tramp İrandakı etirazlarla bağlı video paylaşıb

post-img

ABŞ Prezidenti Donald Tramp İranda iqtisadi çətinliklərlə bağlı başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb. Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün Truth Social səhifəsində paylaşıb.

Məlumatı “Anadolu” verib. 

ABŞ prezidenti deyib: “Bir milyondan çox insan etiraz etmək üçün küçələrə çıxıb: İranın ikinci ən böyük şəhəri etirazların nəzarəti altındadır və rejim qüvvələri şəhəri tərk edib”.

Videoda deyilir ki, “İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçıların sayı bir milyon nəfəri keçib”.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də Tehranın əsas bazarında milli valyutanın kəskin şəkildə ucuzlaşması və iqtisadi çətinliklər fonunda başlayıb. Etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı rəsmi rəqəmlər açıqlanmayıb. Lakin İranın insan haqları agentliyi HRANA səkkiz təhlükəsizlik işçisi, onlarla yaralı və 2277 saxlanılan da daxil olmaqla 42 ölüm hadisəsi barədə məlumat verib.

Tesnim xəbər agentliyinin məlumatına görə, etirazlar zamanı 568 polis əməkdaşı və 66 Bəsic üzvü yaralanıb.

P.ƏMİRCANOV
XQ

 

Dünya