“Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı dərslik MEK-ə təqdim edilib

post-img

Ölkədə bərpa olunan enerji ehtiyatlarından istifadə ilk bağlı Azərbaycan dilində yazılmış ilk dərslik AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim olunub.

Bakı Ali Neft Məktəbində (BANM) bp və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı dərsliyin müəllifləri BANM-in rektoru, coğrafiya elmləri namizədi Elmar Qasımov və Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit departamentinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.

Bu nəşr Azərbaycanda bərpa olunan enerji mühəndisliyi üzrə Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş ilk universitet dərsliyidir. Dərslik səkkiz fəsildən ibarətdir və ənənəvi enerji mənbələri və onlardan istifadənin yaratdığı problemlər, günəş, külək, geotermal, hidroenerji, yaşıl hidrogen, kiçik su elektrik stansiyaları, eləcə də dayanıqlı inkişaf və bərpa olunan enerji məsələlərini əhatə edir. Bu fəsillərdə bəşəriyyətin enerji tarixinin inkişaf mərhələləri təhlil olunur, ənənəvi enerjidən istifadənin müasir dünyada yaratdığı problemlərə diqqət yetirilir.

Bərpa olunan enerji və ondan istifadənin aktual problemlərini əhatə edən dəyərli elmi mənbə olan bu dərslik geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

XQ

Elm