Yaponiyada qar fırtınası davam edir

post-img

Yaponiyada həftələrdir davam edən güclü qar yağıntıları ölkədə həyatı iflic edib.

XQ xarici mediaya istinadla xəbər verir ki, yanvarın 20-dən bəri davam edən əlverişsiz hava çəraiti nəticəsində 60 nəfərdən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb.

Ən çox tələfat şimal-qərbdəki Niigata bölgəsində qeydə alınıb. 
Yapon dənizi sahilində bəzi ərazilərdə qarın qalınlığı 4,5 metrə çatıb. Bəzi yaşayış məntəqələrində 1986-cı ildə ölçülmüş 181 santimetrlik rekord qırılıb.

Hökumət yerli hakimiyyət orqanlarına insan itkisinin və qəzaların qarşısını almaq üçün bütün resursları səfərbər etməyi tapşırıb.

N.Adilqızı
XQ

Dünya